Bu fikri Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində millət vəkili Asim Mollazadə səsləndirib. Onun sözlərinə görə, Blinkenin zəngi ondan ibarətdir ki, ABŞ prezidentinin səsləndirdiyi bəyanatın yaratdığı problemlər aradan qaldırılsın. ABŞ öz milli təhlükəsizliyini qorumaq üçün bölgədə məhz Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməlidir. Çünki ABŞ Türkiyədəki “İncirlik” hərbi bazasından məhrum olarsa, bölgədəki gücünü itirə bilər.

Asim Mollazadə həmçinin deyib:"Azərbaycan üçün ən vacib layihələrdən biri Zəngəzur dəhlizidir. Bu dəhliz həm qitələri birləşdirdiyi üçün, həm də iqtisadi əlaqələri genişləndirmək üçün ABŞ-ın da maraqlarına cavab verir. Bu, böyük bir sistemdir və Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, əgər Ermənistan sülh prosesinə qoşularsa, bu sistemin bir parçası ola bilər. Lakin həm Rusiyada, həm də Qərb ölkələrində yaşayan ermənilər böyük vəsaitlər xərcləyəcəklər ki, Ermənistan işğal siyasətini davam etdirsin və bu proseslərdən kənarda qalsın. Lakin iyunda keçirələcək seçkilərdə hazırki hakimiyyətin uğur qazanacağını düşünürəm".